Paşinyanın vertolyotu məcburi eniş edib

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor şəhərində məcburi eniş edib. Paşinyan bu barədə mayın 25-də sosial şəbəkələrdə məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb. 

“Pis hava şəraitinə görə vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş etdi”, - o, Facebook-da yazıb (vertolyot Rusiya Federasiyasında ekstremist kimi tanınan və qadağan edilmiş Meta şirkətinə məxsusdur) yazıb.

Baş nazir əmin edib ki, onunla hər şey qaydasındadır. Onun sözlərinə görə, daha sonra avtomobillə yoluna davam edir.

P.ƏMİRCANOV
XQa

Dünya