İnsan 56 ildən sonra Aya qayıdır

post-img

NASA-nın “Artemida II” missiyasının 4 astronavtı bazar ertəsi səhər tezdən Ayın cazibə qüvvəsinin təsir dairəsinə daxil olublar.

“Reuters” agentliyi xəbər verib ki, ötən həftə Floridadan buraxılan “Orion” kapsulunda uçan “Artemida II” heyəti 6-cı uçuş günü Şərq vaxtı ilə saat 10:50 dəqiqədə oyanacaq və saat 19:05-də Yerdən 252 min 757 mil uzaqlığa çatacaqlar. Bu məsafə “Apollon 13” heyətinin 56 illik rekordundan 4 min 102 mil çoxdur.

NASA astronavtları həmin məsafədə Ayın uzaq tərəfində üzəcək və 4 min mil yüksəklikdəki qaranlıq səthdən basketbol topu ölçüsündə görünən Yer kürəsinə baxacaqlar. Bu mərhələ NASA-nın “Artemida” proqramının ilk ekipajlı sınaq uçuşu olan 10 günlük “Artemida II” missiyasının zirvə nöqtəsidir.

Xatırladaq ki, ABŞ-ın milyardlarla dollarlıq missiyalar seriyası astronavtları Çindən əvvəl – 2028-ci ilə qədər Ayın səthinə qaytarmağı və 10 ildə orada ölkənin uzunmüddətli mövcudluğunu təmin etməyi nəzərdə tutur. Bundan əlavə, Marsa gələcək missiyalar üçün sınaq meydançası kimi Ay bazası qurmaq da nəzərdə tutulur.

XQ



Dünya