Peşəkar Çövkən Liqasında 3-cü tura yekun vurulub. Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə, turun mərkəzi qarşılaşmasında ilk 2 oyunda qalib gəlmiş “Embawood” və “Sərhədçi” komandaları görüşüblər.
Matç sərhədçilərin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda “Buta Qolden” “Şamaxı”nın qapısından 5 cavabsız top keçirib. Bazar günü keçirilmiş digər oyunlarda “Zəfər” “Xəzər”i 7-0, “Polad” isə “Omar”ı 3-0 hesabı ilə məğlub edib. “Elit”lə oyuna çıxmadığı üçün “Atilla” klubuna 0-6 hesablı texniki məğlubiyyət verilib.
3 turdan sonra “Polad”, “Sərhədçi” və “Elit” komandaları 9 xalla turnir cədvəlinə başçılıq edirlər. Daha 3 komandanın aktivində 6 xal var.
Qabil YUSİFOĞLU
XQ

