Türk professorun Bakı görüşünün əks-sədası

post-img

Ötən ayın əvvəlində Bakıda olmuş Türkiyənin Yıldız Universitetinin professoru Süleyman Doğan ölkəsində nəşr olunan “Aksarayın Hafızası” jurnalında bu səfəri barədə geniş məqalə dərc etdirib.

Martın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görüş keçirmiş və mühazirə oxumuş alim “Türküstan coğrafiyasından Bakı məktubu” adlı məqaləsində bu barədə ətraflı məlumat verib. Şərqşünaslıq İnstitutundan mediaya bildirilib ki, professor Süleyman Doğan institutun elmi mühiti, burada çalışan tədqiqatçıların peşəkarlığı və aparılan araşdırmaların əhəmiyyəti barədə ətraflı məlumat təqdim edib.

Məqalədə professor Süleyman Doğan institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşünü yüksək dəyərləndirib, institut rəhbərliyinin göstərdiyi diqqəti və elmi mühitin səviyyəsini xüsusi vurğulayıb.Yazıda Şərqşünaslıq İnstitutunda keçirilmiş mühazirə və ona göstərilən maraq barədə də geniş bəhs olunub.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, müəllif Azərbaycanda onunla keçirilmiş görüşlə bağlı yayımlanmış xəbəri Türkiyə nəşrindəki məqaləsinə tam şəkildə Azərbaycan dilində daxil edib.

XQ

Mədəniyyət