“Hüseyn Cavid” gəmisi Xəzərə qayıdıb

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Hüseyn Cavid” universal quru yük gəmisi təmir olunub. Tərsanə təmiri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilib.

ASCO-dan verilən məlumata əsasən, vaxtında və yüksək keyfiyyətlə aparılan təmir işləri çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları saz vəziyyətə gətirilib, dizel generatorları isə yenisi ilə əvəz edilib. Eyni zamanda, gəmidə boru və elektrikquraşdırma, eləcə də avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək rənglənib. Təmir başa çatdıqdan sonra universal quru yük gəmisi yenidən istismara qaytarılıb.

Qeyd edək ki, “Hüseyn Cavid” quru yük gəmisi 2007-ci ildə Rusiyanın Petrozavodsk şəhərində yerləşən gəmiqayırma zavodunda inşa olunub. Uzunluğu 108,33, eni 16,74 metr olan gəmi 5 min 200 ton yükgötürmə qabiliyyətinə malikdir.

XQ

İqtisadiyyat