Bayronun qızı – dünyanın ilk proqramçısı

post-img

XIX əsrdə kompüterlərin və proq­ramlaşdırmanın olmadığı bir vaxtda ilk proqramı qadın riyaziyyatçı Ada Lavleys yaradıb. 

Əsl adı Augusta Ada Bayron olan, dünyada isə Ada Lavleys kimi tanınan bu tarixi şəxsiyyət 1815-ci ildə London­da məşhur ingilis şairi Corc Qordon Bayronun ailəsində doğulub. 1 aylıq olanda atası ailəni, eləcə də İngiltərə­ni tərk edib. Kiçik yaşlarında o, anası tərəfindən riyaziyyat və məntiq fənlə­rinə yönləndirilib. Lavleys uşaq yaş­larından görmə qabiliyyətini zəiflədən şiddətli baş ağrılarından əziyyət çəkib. 1829-cu ilin iyununda qızılca xəstəli­yindən sonra iflic olub. Yalnız 1831-ci ildə qoltuqağacı ilə yeriməyə başlayan qızcığazdan həkimlər belə ümidlərini kəsdikləri halda, o özü həvəsdən düş­məmiş, riyaziyyata marağı günü-gün­dən artmışdır. 

Ada XIX əsrin ən məşhur elm alim­lərindən olar Villiam Frend, Villiam Kinq, Mary Somerville, Augustus De Morqan kimi müəllimlərdən dərs alıb. 

1835-ci ildə Baron Villiamla ailə quran və 3 uşaq anası olan Ada elm sahəsində də uğurlarını davam etdirib. 

Həyatında ən uğurlu məqam isə 18 yaşda ikən Cambridge universiteti­nin alimi Charles Babbage ilə tanış ol­masıdır. O, xüsusilə bu alimin Analitik Mühərrik üzərindəki işi ilə maraqlanıb. Charles Babbage Adanın fransızca­dan tərcümə etdiyi elmi məqalələri çox bəyənmiş, ondan öz məqalələrini də buraya əlavə etməsini istəmişdi. Amma Adanın özünün yazdığı məqalələr tər­cümə etdiklərindən 3 dəfə çox olub. Riyazi hesablamalardan bəhs edən bu məqalələr indiki proqramlaşdırmanın təməli sayılır.

Ada Lavleys 1852-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. 

L.QURBANOVA
XQ

Dünya