Azərbaycan Prezidentinin köməkçisi Almaniya Kanslerinin müşaviri ilə görüşüb

post-img

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi X hesabında bu barədə paylaşım edib.

Görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlərin müzakirə olunduğunu qeyd edən Hikmət Hacıyev əlavə edib: “Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”.

Siyasət