Tramp: Sülh Qəzza üçün çox vacibdir

post-img

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin davam edəcəyinə əminliyini ifadə edib, “çünki hamı müharibədən yorulub”. Məlumatı “Anadolu” yayıb. 

Amerika lideri bu barədə Ağ Evdə mətbuat konfransından sonra jurnalistlərə bildirib. O qeyd edib ki, bazar ertəsi Misirdə keçiriləcək Qəzzada atəşkəs prosesi ilə bağlı mərasimə bir çox ölkələrin liderləri qatılacaq: “Mən bu səhər Knessetdə çıxış edəcəyəm, sonra Misirə yollanacağımı gözləyirəm. Dünyanın müxtəlif ölkələrindən bir çox liderlər də dəvət olunub”. 

ABŞ prezidenti Qəzzada qüvvəyə minən atəşkəsin təkcə İsrail və Fələstin üçün deyil, bütün region ölkələri, eləcə də bütövlükdə dünya üçün yaxşı addım olduğunu vurğulayıb: “Qəzza çox vacibdir, lakin bu, Qəzzanın hüdudlarından kənara çıxır. Bu, daha böyük bir şeylə bağlıdır - Yaxın Şərqdə sülh. Və bu gözəldir”. 

P.Əmircanov
XQ

Dünya