Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov oktyabrın 22-də Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 13 - 17 oktyabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
XQ