Yağmursuz, dumanlı və çiskinli...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən aprelin 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 

Gecə 6-10°, gündüz 13-18° isti ola­caq. Atmosfer təzyiqi 766 mm civə sü­tunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayon­larında, hava əsasən, yağmursuz keçə­cək. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperatu­ru gecə 7-12°, gündüz 16-21°, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya