Qırmızı kələmin səfası və şəfası

post-img

Qırmızı kələm tərkibindəki qida maddələri və komponentləri sayəsində xərçəngdən şəkər xəstəliyinə qədər bir çox xəstəliklərin qarşısının alınmasında təsirli rol oynayır.

Mütəxəssislər bildirirlər ki, qırmızı kələm cəmiyyətdə çox rast gəlinən və əlamət­lərindən biri unutqanlıq olan B12 vitamini çatışmazlığını aradan qaldırır.

Unutqanlığın təbii çarəsi hesab olunan qırmızı kələm yaddaşı təzələyir. Antioksi­dantlarla zəngin olduğu üçün bədəndəki sərbəst radikallar­la mübarizə apararaq DNT zədələnməsinin qarşısını alır.

Qırmızı kələm xərçəngə qarşı qoruyucu təsir göstərir. Belə ki, tərkibindəki indol-3 karbinol və kükürd sayəsin­də xərçəng hüceyrələrinin əmələ gəlməsini əngəlləyir. Pəhriz prosesini asanlaşdı­ran ən təsirli qidalardan biri olan qırmızı kələm toxluq hissini artırır və çəkiyə nə­zarət etməyə kömək edir. Liflə zəngin olduğundan qan şəkərini balanslaşdırır və di­abet riskini azaldır. 

Qırmızı kələm tərkibin­dəki kalsium, maqnezium və K vitamini sayəsində sümük sağlamlığını qoruyur və yax­şılaşdırır. Bol C vitamini eh­tiva edərək immuniteti güc­ləndirir. Orqanizmdə iltihabın qarşısını alaraq, daxili orqan­ları qoruyur.

Kaliumla zəngin olan bu tərəvəz sayəsində ürək-da­mar xəstəlikləri riski azalır, orqanizmin gündəlik B12 vi­tamini ehtiyacı ödənir.

Araşdırmalar göstərir ki, qırmızı kələmin bu fayda­larından yararlanmaq üçün ondan gündə cəmi 50 qram, təxminən 3 xörək qaşığı yemək kifayətdir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat