Qadın voleybolçular arasında Yüksək Liqanın ilk turunda növbəti oyun keçirilib.
XQ xəbər verir ki, UNEC Voleybol Klubunun idman zalında baş tutan qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunda qalib tay-brekdə müəyyənləşib.
Həlledici setdə üstün olan meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.