Tramp Qəzzadan sonra Ukrayna üçün sülhlə məşğul olacaq

post-img

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, indi diqqətini Rusiyaya və onun Ukraynaya qarşı müharibəsinə yönəltmək istəyir. Aylarla davam edən diplomatik səylərdən sonra Tramp sülhməramlı uğurunu təkrarlaya və Moskvanın Ukraynaya qarşı müharibəsinə son verə biləcəkmi? Kiyev buna çox ümid edir.

Məlumatı “Euronews” verib. 

Tramp Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsinin yekunlaşdığı bir vaxtda Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, məjz Trampın səyləri ilə Qəzzada atəş kəsilib. Bazar ertəsi HƏMAS 20 israilli girovun hamısını, İsrail isə həbsxanalarında saxlanılan 2000-ə yaxın fələstinlini azad edib. Bu, hər iki tərəfin oktyabrın 10-da atəşkəs barədə razılığa gəlməsindən sonra baş verib.

Ukrayna prezidenti isə təsdiqləyib ki, müharibədə mümkün atəşkəs və gələcək addımlar, ehtimal ki, onunla Tramp arasında cümə günü Vaşinqtonda keçiriləcək görüşdə müzakirə olunacaq.

P.Əmircanov
XQ

Dünya