Energetika naziri Pərviz Şahbazov vətəndaşların müraciətlərini dinləyib

post-img

Energetika naziri Pərviz Şahbazov Sumqayıt şəhəri, Cəlilabad və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb.

Nazirlikdən XQ-yə bildiriblər ki, görüşdə qaz təchizatı, qaz sayğacının quraşdırılması, elektrik enerjisi təchizatı, transformatorun yenilənməsi və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.









Sosial həyat