“Hraparak”: Paşinyanın tərəfdaşları qorxu içindədirlər

post-img

Ermənistanda baş verən son daxili siyasi hadisələr hakim düşərgənin aşağı eşelonlarında ciddi narahatlıq yaradıb. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. 

Qeyd olunub ki, xüsusən, “Mülki Müqavilə” fraksiyasının üzvlərinin evləri və ofisləri yaxınlığında baş verən partlayışlar, habelə Nork polis idarəsinə silahlı hücum hakim komandanın üzvlərində ciddi ictimai qınağa məruz qalmaq qorxusu yaradıb.

“Mənbəmizin sözlərinə görə, hakim partiyanın qapalı müzakirələri artıq sakit şəraitdə keçmir, bəzi deputatlar hətta Paşinyanın mübahisəli qərarlarına qarşı çıxmağa cəsarət edirlər”, - nəşr yazır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Dünya