Ukrayna qoşunları Avdeyevkadan çıxıb

post-img

Fevralın 17-də Ukrayna Ordusunun Baş Komandanı Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin (AFU) bölmələrinin Avdeyevka şəhərindən çıxarıldığını və müdafiəyə keçdiyini bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

“Avdeyevka ətrafında yaranmış əməliyyat şəraitinə əsaslanaraq, mühasirəyə düşməmək, hərbi qulluqçuların həyat və sağlamlığını qorumaq məqsədilə bölmələrimizi şəhərdən çıxarmaq və daha sərfəli xətlərdə müdafiəyə keçmək qərarına gəldim”, – Sırski “Facebook” səhifəsində yazıb.

“Tavriya” qoşun qrupunun komandiri Aleksandr Tarnavskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri əvvəlcədən hazırlanmış mövqelərə yerləşmək üçün artıq Avdeyevkadan çıxıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya