Yasamalda evdən pul və zinət əşyaları oğurlanıb

post-img

DİN mətbuat xidmətindən aldığımız məlumata görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda 3 evdən pul, qızıl-zinət əşyaları, bank kartı və sənəd oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Bundan əlavə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 980 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Mövlanov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər