Xankəndidə silah-sursat aşkarlanması üzrə növbəti əməliyyat

post-img

Fevralın 16-da polis əməkdaşları Xankəndi şəhəri ərazisində növbəti əməliyyatlarını keçiriblər. Məluamtı DİN mətbuat xidməti verib. 

Bu tədbirlər nəticəsində şəhər ərazisində erməni quldurlarının qovulmasından sonra qalmış 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.  

P.ƏMİRCANOV

XQ

Son xəbərlər