Silah-sursat təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.  

Fevralın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd müxtəlif markalı tüfəng və 13 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Həmin gün keçirilmiş əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 22  ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər