ABŞ artıq dünya səhnəsində mübahisəsiz liderliyə malik deyil. TASS xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə bildirib.
O yazır: “Çinin yüksəlişi və Rusiyanın revanşizmi ABŞ-ın artıq mübahisəsiz dominantlığa malik olmadığı və ekzistensial iqlim təhlükələrinin yaxınlaşdığı gərgin geosiyasi rəqabət dünyasında ciddi geosiyasi problemlər yaradır”.
U.Börns qeyd edir ki, vəziyyəti indi baş verən "sənaye və ya nüvə dövrünün başlanğıcından daha böyük texnoloji inqilab"çətinləşdirir: "Mikroçiplərdən süni intellektə və kvant hesablamasına qədər bütün bu yeni texnologiyalar dünyanı, o cümlədən kəşfiyyat peşəsini dəyişdirir. Çox vaxt bu inkişaf MKİ-in işini çətinləşdirir, çünki rəqiblərə yeni güclü alətlər verir".
Eyni zamanda o, əmindir ki, dünya nə qədər dəyişsə də, yenə də “toplanması yalnız insana tabe olan məxfi məlumatlar və yalnız insanın həyata keçirə biləcəyi kəşfiyyat əməliyyatları” qalacaq.
S.ELAY
XQ