Dövlət Departamenti: ABŞ-a qarşı hər hansı ittihamlar uydurmadır

post-img

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ-ın İrandakı terror aktında İsrailin əli olduğuna inanmağa əsası yoxdur. Onun sözlərinə görə, ABŞ-a qarşı baş verənlərlə bağlı hər hansı ittihamlar “uydurmadır”. 

"Birincisi, Birləşmiş Ştatlar heç bir şəkildə iştirak etməyib və əksinə, hər hansı ittihamlar, sadəcə, gülüncdür, ikincisi, İsrailin bu işə qarışdığına inanmaq üçün heç bir əsasımız yoxdur”, - Miller vurğulayıb.

Xatırladaq ki, bu gün İranın cənub-şərqindəki Kirman şəhərində qəbiristanlıqda baş verən partlayışlar nəticəsində 100-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb. İslam İnqilabı Keşikçiləri Korpusu generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar orada mərasimi keçirilib. İranın ali dini lideri Əli Xamneyi terror aktının həm günahkarları, həm də təşkilatçıları üçün sərt cavab və ədalətli cəza vəd edib. Yanvarın 4-ü həlak olanlar üçün milli matəm günü elan edilib.

XQ

Dünya