Hindistan hansı amilə görə Rusiya neftinin idxalını azaldıb?

post-img

Hindistanın neft naziri Hardeep Singh Puri bildirib ki, Rusiya neftinin Hindistana tədarükü ödəniş problemlərinə görə deyil, cəlbedici olmayan qiymətlərə görə azalıb. Dekabrda ölkəyə idxal olunan neftin həcmi son 11 ayın ən aşağı səviyyəsinə düşüb.

“Ödənişlərdə heç bir problem yoxdur. Bu, yalnız neft emalı zavodlarımızın hansı qiymətə satın alacağı ilə bağlı sualdır”, - cənab Puri mətbuat konfransında bildirib (Reuters). 

O əlavə edib ki, Hindistan hakimiyyətinin yalnız bir tələbi var - ən yaxşı qiymətə yanacağın fasiləsiz alınması. Nazirin sözlərinə görə, ölkə Rusiyadan orta hesabla gündə 1,5 milyon barel neft alır.

Hardeep Singh Puri bildirib ki, əgər rus tədarükçüləri endirim təklif etməsələr, Hindistan yenilərini tapacaq. O, həmçinin vurğulayıb ki, daha ucqar regionların bəzi istehsalçıları Rusiyadan daha böyük endirimlər təklif etməyə hazırdırlar.

Dekabrın 21-də "Bloomberg" agentliyi "Sokol" neftini daşıyan altı rus tankerinin Hindistana gedərkən dayandığını bildirib. Gəmilər Hindistanın Paradip və Vadinar limanlarına doğru gedirdi. Onlar təxminən 5 milyon barel Rusiya neftini nəql edirDİlər. Dekabrın 20-də “Transneft”in prezidenti Nikolay Tokarev bəyan etmişdi ki, 2023-cü ilin sonuna qədər Hindistana 70 milyon ton Rusiya nefti tədarük ediləcək.

S.ELAY

XQ

Dünya