"Miss Boliviya"nın qalibi silah alveri və narkokartelə işlədiyi üçün həbs edilib

post-img

Boliviyanı "Miss World" müsabiqəsində təmsil edən model və “gözəllik kraliçası” 22 yaşlı Alondra Merkano həbs edilib. Əvvəllər Alondra öz ölkəsində “Miss Charm” titulunu qazanmışdı.

Latın Amerikası KİV-nin məlumatına görə, “Miss World 2020” müsabiqəsinin milli seçmə mərhələsinin qalibi bir sıra ağır cinayətlərdə şübhəli bilinərək saxlanılıb və hazırda Benidəki qadın həbsxanasında saxlanılır. Modelə qarşı silah alveri, narkotik ticarəti və qanunsuz silah və sursat saxlama ittihamı irəli sürülə bilər.

Məlumata görə, Merkano sevgilisi, axtarışda olan Andreas Vaskeslə birlikdə yaşadığı evdə saxlanılıb. "Marca" qəzeti əlavə edir ki, modelin telefonunda “kompromat video” tapılıb.

Vaskesin də bu işdə əli olan bacısı onunla birlikdə gizlənir.

Faktla bağlı istintaq davam edir. Müstəntiqlərin fikrincə, Mercano sevgilisinin rəhbərlik etdiyi narkotik kartelində işləyə bilər.

XQ

Hadisə