Ermənipərəst senator Bob Menendesə yeni ittihamlar irəli sürülüb

post-img

ABŞ senatoru Bob Menendes Qətərdən rüşvət almaqda ittiham olunur. Bu, onun qanunsuz yardım göstərdiyi iddia edilən ikinci xarici ölkədir. Bu barədə BBC xəbər verir.

Son ittihamlar 2021-ci ildən 2023-cü ilə qədər fəaliyyət göstərən korrupsiya sxeminə aiddir.

İddianamədə qeyd olunur ki, Menendes Qətər hökumətini tərifləyən şərhlər müqabilində avtomobil yarışlarına biletlər də daxil olmaqla hədiyyələr alıb.

Sənəddə yeni ittihamlar yoxdur, lakin onun və həyat yoldaşı erməni Nadine Menendesin cinayətləri ilə bağlı yeni təfərrüatlar var.

Rüşvətxor senatorun istefaya getməsi ilə bağlı çağırışlar artır, o cümlədən öz partiyasından, lakin indiyə qədər Bob Menendes postunu tərk etməkdən imtina edir.

XQ

Dünya