Moskvada havanın temperaturu 74 ildə ilk dəfə -25,2°-yə düşüb

post-img

Ötən gecə Moskvada termometr göstəriciləri 74 ildən sonra ilk dəfə -25,2 dərəcəyə düşüb.

Bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus "Telegram" kanalında məlumat verib.

"Saat 8:00-da XTNS (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) baza meteoroloji stansiyasında havanın temperaturu -25,2 dərəcəyə enib. Metropolis 74 ildir həmin gün belə şaxta görməmişdi! Sonuncu dəfə 3 yanvar 1950-ci ildə daha soyuq olub, o zaman minimum -29 dərəcə olub”, - məlumatda deyilir.

M.Leus qeyd edib ki, rekord temperaturlara çatmaq hələ çox uzaqdır, bu gün üçün rekordlar 1942-ci ilə aiddir, həmin gün temperatur -35,9 dərəcə olub.

S.ELAY

XQ

Dünya