Rusiya Xarici İşlər Nazirliyi Ermənistandakı hərbi baza və Cənubi Qafqazda sülh haqqında

post-img

Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində məqsədəuyğunluğundan danışmaq zərərlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib.

"Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yaradılmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün dövlətlərimizin ümumi məqsədinə əsaslanaraq bağlanıb", - nazir qeyd edib.

Lavrov bildirib ki, bu gün Rusiya ordusu “bu regionda sülhün təmin edilməsində əsas elementdir”.

XQ

Dünya