Kağız, yoxsa rəqəmsal kitab?

post-img

Valensiya Universitetinin alimləri insanların oxuduğunu başa düşməsi ilə bağlı 200-dən çox araşdırmanı təhlil edib və müəyyənləşdiriblər ki, uzun müddət ərzində çap mediasını oxumaq rəqəmsal mediadan altı-səkkiz dəfə daha çox anlama bacarıqlarını artıra bilər. Bu barədə “The Guardian” qəzeti yazır.

Məqalənin həmmüəllifi Valensiya Universitetinin professoru Ladislao Sal­meron deyir ki, asudə vaxtda rəqəmsal oxunma tezliyi ilə mətni başa düşmə qabiliyyəti arasında əlaqə sıfıra yaxın­dır. Bu, mətnin üslubu ilə bağlı ola bilər. Məsələn, sosial şəbəkələrdə ən çox mürəkkəb sintaksis və arqumentasiya­dan məhrum olan danışıq mətnini görür­sən. Rəqəmsal mətni oxuyarkən insan ən çox skanlama deyilən işlə məşğul olur, yəni o, rəvayətə tam nüfuz edə bil­mir və informasiya materialındakı mürək­kəb əlaqələri tam qavramır. 

Rəqəmsal oxuma ən çox uşaqlara mənfi təsir göstərir. Fakt budur ki, onlar, məsələn, telefon və ya planşet-tabletlər­də mətnə baxarkən daxil olan mesajlar onların diqqətini yayındırır. Tədqiqatçı­lar rəqəmsal mediadan oxumağa qarşı olmadıqlarını, lakin bunun kağızdan isti­fadədən daha az fayda gətirdiyini qeyd ediblər. Ona görə də mütəxəssislərin fik­rincə, məktəblərdə müəllimlər uşaqların çap olunmuş kitablara diqqətini artırma­lıdırlar.

Çap ədəbiyyatını, xüsusən, mürək­kəb ədəbiyyatı oxumaq rəqəmsal for­matda mətni oxumaqdan daha çox vaxt apara bilər. 

S.ELAY
XQ

Dünya