Polşa Aİ-nin lideri ola bilərmi?

post-img

Birləşmiş Ştatlar Polşanın Avropa İttifaqının liderinə çevrilməsini istəyir.

ABŞ Dövlət katibinin Avro­pa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen bunu Polşanın xarici işlər na­ziri Radoslav Sikorski ilə görü­şündən sonra “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.

Ceyms Obrayen yeni Pol­şa hökumətinin silah tədarükü üzrə ABŞ-la bağlanan müqa­vilələri qüvvədə saxlamaq niyyətini təsdiqləyib. Amerikalı diplomat, həmçi­nin Baş nazir Donald Tuskun dövrün­də Polşa-Almaniya münasibətlərinin yaxşılaşacağına və Varşava ilə Kiyev arasında problemlərin həllinə ümid bəslədiyini bildirib.

Xatırladaq ki, dekabrın 13-də Pol­şanın yeni Baş nazirinin və Nazirlər Kabinetinin yeni tərkibinin andiçmə mərasimi keçirilib. Donald Tusk çıxı­şı zamanı Polşanın Avropa Birliyində nüfuzunu bərpa etməyə çalışacağını, həmçinin ABŞ-ın sadiq və etibarlı müt­təfiqi olaraq qalacağını vəd edib.

XQ

Dünya