Rusiya Avropaya eyni cavabı verəcək

post-img

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Moskva Avropadakı aktivləri müsadirə olunarsa, əks tədbirlər görəcək. Cavab həm də Avropa İttifaqında dondurulmuş Rusiya fondlarından əldə olunan gəlirlərin mümkün istifadəsi ilə bağlı simmetrik olacaq.

Yerli KİV-ə müsahibəsində maliyyə naziri bildirib ki, əgər belə bir qərar ve­rilərsə, Rusiya Federasiyasından tama­milə simmetrik cavab veriləcək: “Bizim də kifayət qədər aktivlərimiz var ki, burada dondurulmuş və “C” adlanan hesablarda da var, bunlar qiymətli kağızlar, dividend­lər, dost olmayan ölkələrdən olan xarici kontragentlər qarşısında öhdəliklərimizi təşkil edən öhdəliklərdir”.

C tipi hesab qeyri-rezidentlərin vəsaitlərinin bloklandığı bank hesabıdır. O, qeyri-rezidentlər tərəfindən rubl üçün xarici valyutanın alqı-satqısı ilə bağlı əməliyyatlar üçün nəzərdə tutulub. 1 ap­rel 2023-cü il tarixinə C tipli hesablardakı vəsaitlərin həcmi 477 milyard rubl olaraq qiymətləndirilir.

“Financial Times” xəbər verir ki, G7 ölkələri, Avropa İttifaqı və Avstraliyada Rusiya Mərkəzi Bankının təxminən 260 milyard avro aktivləri dondurulub. Sank­siyalar Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra tətbiq edilib. Qərb ölkələri bu vəsaitdən Ukraynanın bərpası üçün istifadə imkanlarını müzakirə edir­lər. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirin Kiyevə köçürülməsi ilə bağlı Aİ-də müzakirələr gedir. ABŞ isə gəlirləri yox, aktivləri müsadirə etmək istəyirlər. KİV-in məlumatına görə, Va­şinqton Qərb ölkələrinin özlərini Rusiya–Ukrayna münaqişəsinin qurbanı kimi ta­nımasını, Rusiyanın aktivlərini ələ keçirib Kiyevə verməyi təklif edib.

XQ

Dünya