Belə bir qənaətə Kaliforniya Universitetinin alimləri gəliblər. Onların apardığı elmi tədqiqatların nəticələri “Astronomical Journal” jurnalında dərc olunub.
Astronomlar qaz nəhəngi Yupiterin Yeri asteroidlərdən qoruyan qalxan rolunu oynadığı Günəş sistemini şərti nömrələri HD 141399 olan 4 qaz nəhəngi ilə müqayisə ediblər. Bu məqsədlə yerəbənzər planetlərin orbitinə təsirini modelləşdirən böyük qaz-planetlər üzərində bir neçə kompüter simulyasiyası həyata keçirilib. Həmin zona temperaturun kifayət dərəcədə yüksək olduğu ulduzdan məsafənin diapazonu kimi müəyyən edilib.
Məlum olub ki, yüksək hərarət səthində maye suyun mövcudluğunu istisna edən yanan nəhəng 4 şar, sadəcə, “xaos agentləri” kimi yerlərini dəyişir.
SEVDA
XQ

