Rusiyanın Kamçatka vilayətindəki Klyuçev Sopkası vulkanının püskürməsi nəticəsində kül buludu 11 kilometr hündürlüyə qalxıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun “Teleqram” kanalında məlumat verilib.
Xəbərdə sonra bildirilir ki, kül dumanı havada vulkanin mərkəzindən 130 kilometr şərq istiqamətində uzanıb. Qeyd olunur ki, vulkanın fəaliyyəti yerli və beynəlxalq hava səyahətləri üçün təhlükəlidir.
XQ

