Jurnalist Kostanyan: Biz müttəfiqlərimizə daim xəyanət etmişik

post-img

Ermənilər müttəfiqlərinə daim xəyanət ediblər və indiki vəziyyətə görə özləri günahkardır. Bu barədə erməni jurnalist Lilit Kostanyan Facebook səhifəsində yazıb.

“Əsrlər boyu bir problemi həll etməməyi o qədər sevdik ki, o, fəlakətə çevrildi və oturub ağladıq, ağılar çəkdik, onun haqqında qəsidələr yazdıq, qəmli mahnılar bəstələdik, faciələrimizdən biznes qurduq. Sonra bütün dünyanı bizə kömək etmədiyi üçün günahlandırdıq. Ancaq heç vaxt etiraf etməmişik ki, dünya ilə necə düzgün “dostluq” quracağımızı bilmirik. Biri ilə müttəfiq olacağıq, sonra onu tərk edib başqa birinə qaçacağıq, sonra da digərini tərk edəcəyik və beləcə, davam edəcək. Hərdən fikirləşirəm ki, biz 21-ci əsrə qədər necə sağ qala bilmişik? Ola bilsin ki, Tanrı bizi hələ də unikal bir nümunə kimi qoruyub saxlayır”, – Lilit Kostanyan yazır.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya