FHN-nin əlavə 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndinə yola düşüb

post-img

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışla əlaqədar axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 avtomobili və 50 nəfərlik heyət yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin avtomobil karvanı Ağdam-Əsgəran-Xankəndi yolu ilə hadisə yerinə yollanıb.

Qeyd edək ki, Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Həmçinin Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün Fövqəladə Hallar Nazirliyinin 53 avtomobili (heyətlə birgə) və zəruri avadanlıqlar da göndəriləcək.













Sosial həyat