“Hraparak”: Paşinyan kreslo uğrunda qan tökməyə hazırdır

post-img

Son günlər Ermənistanın müxalifət düşərgəsində ciddi fikir ayrılıqları yaranıb, müxalifətçilər bir-birini ittiham etməyə başlayıblar. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

Nəşrin yazdığına görə, son günlər müxalifətin yaratdığı Milli Komitədə ciddi fikir ayrılıqları yaranıb, bir-birini ittiham edir, bir-birinin ritorikasını bəyənmirlər.

“Vazgen Manukyan bitib-tükənməyən yürüşlərlə müxalifətin fəaliyyətini dəyərdən salmaqdansa, konkret addımlar atmağı təklif edib. Amma digərləri məsuliyyəti öz üzərinə götürməkdən qorxaraq qeyd etdilər ki, Nikol Paşinyan kreslo uğrunda qan tökməyə hazırdır, lakin bu qan onların üzərində qalacaq. Milli Komitə Avetik Çalabyandan da narazıdır, çünki o, Paşinyanı tənqid etməyib və Tevanyanın çıxışında qüsurlar aşkar edilib”, - qəzet yazır.

Nəşr vurğulayır ki, komitənin yaradılmasına baxmayaraq, müxalifət bəyanatlarla belə razılaşa bilmir və bu, iqtidar əleyhdarlarının mitinqlərinin təxirə salınmasına səbəb olur.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya