Ay niyə silkələnir?

post-img

Ayın səthi Günəşin təsirinə görə hər gün iki dəfə - səhər və axşam silkələnir. Bu dalğalanmalar o qədər müntəzəm və dəqiqliklə baş verir ki, hətta saatları ona uyğun qurmaq olar.

Bu barədə ABŞ-nin Kaliforniya Texnologiya İnstitutunun alimlərinin araşdırmasından sonra məlum olub. Mütəxəssislər bu təkanların səbəbini Günəş şüaları ilə qızma nəticəsində Ayın səthində temperaturun qəfil də­yişməsi ilə izah ediblər.

Tədqiqatçılar bildirirlər ki, izolyasi­ya edən atmosferi olmadığından Ayın səthi bir gündə +120 dərəcəyə qədər qıza və sonra -133 dərəcəyə qədər soyuya bilər. Temperaturun dəyişməsi Ay bünövrəsinin sıxılmasına və geniş­lənməsinə səbəb olur ki, bu da kiçik Ay zəlzələləri ilə nəticələnir.

Ekspertlərin sözlərinə görə, Ay zəl­zələlərinin təbiətini başa düşmək gələ­cək insan missiyaları və Ayda bazala­rın yaradılması üçün vacibdir.

Bundan əlavə, yeraltı təkanlar nü­vəni öyrənməyə imkan verir. Belə ki, seysmik dalğalar müxtəlif materiallar vasitəsilə sürətlə yayılır, bu isə alim­lərə buz yataqlarının və digər resursla­rın axtarışına kömək edə bilər.

XQ

Dünya