Tramp: Hindistan Rusiyadan neft almağı dayandıracaq

post-img

Tramp Hindistanın ilin sonuna qədər Rusiya neftini almağı dayandıracağına inanır. ABŞ prezidenti bəyan edib ki, proses dayandırıla bilməz.

Tramp Hindistanın Rusiyadan neft almasını şərh edərkən, “Bu, bir prosesdir. Bunu sadəcə dayandırmaq olmaz. Amma ilin sonuna qədər onlar, demək olar ki, tamamilə dayanacaqlar, - deyə bildirib. - Bu, əhəmiyyətlidir. 

Onun təqdim etdiyi məlumatlara görə, Hindistan neftinin “demək olar ki, 40 faizini” Rusiyadan alır.

ABŞ lideri Çin Sədri Si Cinpinə Rusiya neftinin alınmasını dayandırması üçün təzyiq etmək niyyətini təsdiqləməyib: “Çin bir az fərqlidir”.

O, həmçinin iddia edib ki, Rusiya və Çin bir-birinə “təbiət etibarilə dost ola bilməz” və Moskva ilə Pekin arasında yaxınlaşmaya ABŞ-ın əvvəlki prezidentləri Barak Obama və Co Baydenin siyasəti kömək edib. “Onlar (Rusiya və Çin) normalda olduğundan daha yaxındırlar”, - Tramp deyib. 

P.Əmircanov
XQ

 

Dünya