Yunan-Roma güləşçilərimiz Dünya üçüncüsüdür

post-img

Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb. Azərbaycan millisi çempionatı 2 qızıl və 1 bürünc medalla başa vurub və 93 xalla komanda hesabında dünya üçüncüsü olub.

Yığmamız medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Komandamız yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.

Xatırladaq ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.

Qabil YUSİFOĞLU
XQ

İdman