“51 Pegasi b”nin kəşfindən sonra bir neçə il Dopler metodu günəşdənkənar planetlərin axtarışında yeganə üsul olaraq qaldı. Bununla belə, 2000-ci ildə astronomlar ilk dəfə ulduzun “tutulmasını” müşahidə edə bildilər: bir il əvvəl Dopler metodu ilə kəşf edilmiş Osiris (HD 209458 b) sarı cırtdan HD 209458 –nin diskindən keçdi.
Hazırda Osiris ən çox tədqiq edilən günəşdənkənar planet hesab olunur. Məlumdur ki, o, 1000–1300 K-ə qədər qızır, bir tərəfi ilə daim öz ulduzuna baxır. Kölgə tərəfi isə daha soyuqdur. Temperatur fərqinə görə qaz nəhəngində şiddətli tufan qopur – küləyin sürəti 7 min km/saata çatır. Osiris həm də atmosferində oksigen, karbon və su buxarının kəşf edildiyi ilk ekzoplanetdir.
XQ