Ulduzların yaydığı işıq elektromaqnit şüalanmasıdır. Əgər işıq mənbəyi ilə müşahidəçi arasındakı məsafə dəyişməzsə, dalğaların tezliyi sabit qalar.
Bir ulduz planetlə ümumi kütlə mərkəzi ətrafında fırlanırsa, müşahidəçiyə yaxınlaşan anda onun spektrindəki xətlər bənövşəyiyə, uzaqlaşdıqda isə qırmızıya keçir. Dalğa uzunluğu və tezliyində dəyişiklik baş verir. Bu fenomen Dopler effekti kimi tanınır; ondan istifadə edərək ekzoplanetlərin axtarışı həyata keçirilir.
XQ