1800 yaşlı “Su pərisi”

post-img

Türkiyənin şimalında Bartın vilayətinin Amasra rayonunda yerləşən qədim Amastris şəhərində aparılan qazıntılar zamanı “Su pərisi” heykəli aşkarlanıb.

Təxminən, 1800 il əvvəl hazırlan­dığı güman edilən bu qədim su pərisi heykəli yerdən, təxminən, 3 metr də­rinlikdə aşkar edilib. 1,53 metrlik hey­kəlin eramızın ikinci əsrinə aid edildiyi bildirilir.

Bu füsunkar heykəl Amasra Mu­zeyində nümayiş etdirilir. Dünyanın bir çox yerlərində – Afinadakı Milli Arxeologiya Muzeyi, Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyi və bir çox digər nüfuzlu mədəniyyət müəs­sisələrdə “Su pərisi”, heykəllərinə rast gəlmək olar. 

Bu artefaktlar təkcə keçmişə açılan pəncərə deyil, həm də insan təxəyyü­lündə onların mistik cazibəsini bir daha sübut edir.

F. SALMANOVA
XQ

Dünya