Azərbaycanın “AzeriLight” markalı neftinin bir barrelinin qiyməti
1,91 dollar artaraq 98,64 dollar təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə bildirib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin minimum qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.