Tramp: Putinlə görüş ləğv edilib

post-img

ABŞ rezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşün ləğv edildiyini açıqlayıb. Məlumatı “Anadolu” yayıb. 

Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı deyib: “Prezident Putinlə görüşü düzgün hesab etmədiyim üçün ləğv etdim. İstədiyimizə nail olacağımızı düşünmürdüm. Ona görə də onu ləğv etdim. Amma gələcəkdə buna sahib olacağıq”.

ABŞ prezidenti Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoyl”un da sanksiyalar siyahısına salınmasına münasibət bildirib: “Bunlar iki böyük neft şirkətinə qarşı böyük sanksiyalardır. Ümid edirik ki, onlar uzun sürməyəcək. Ümid edirik ki, müharibə bitəcək”.

ABŞ prezidenti Putinlə əvvəlki görüşlərinin ümumilikdə müsbət keçdiyini, lakin sonradan istənilən nəticəni vermədiyini də bildirib.

Tramp deyib ki, Putin “Ukraynada götürdüyü hər şeyi almaq istəyir”, lakin o, indi danışıqlara hazırdır: “Biz istəmirik ki, o, hər şeyi (sahibi olduğu əraziləri) götürsün”.

P.Əmircanov
XQ

 

Dünya