Türkiyə Mərkəzi Bankının cəmi ehtiyatları 198 milyard 442 milyon dollarla rekord həddə çatıb. Mərkəzi Bank monetar və bank göstəriciləri üzrə həftəlik statistikanı açıqlayıb.
Xəbəri “Anadolu” verib.
Məlumata görə, oktyabrın 17-nə bankın ümumi valyuta ehtiyatları 64 milyon dollar azalaraq 87 milyard 273 milyon dollar təşkil edib (bir həftə əvvəl, oktyabrın 10-da 87 milyard 337 milyon dollar olub).
Qızıl ehtiyatları isə əksinə, 8 milyard 772 milyon dollar artaraq 102 milyard 397 milyon dollardan 111 milyard 169 milyon dollara yüksəlib.
Beləliklə, Mərkəzi Bankın cəmi ehtiyatları həftə ərzində təqribən 8 milyard 708 milyon dollar artaraq 189 milyard 734 milyon dollardan 198 milyard 442 milyon dollara yüksəlib və yeni tarixi maksimuma çatıb.
P.Əmircanov
XQ

