Almaniya XİN rəhbəri Kiyevə gəlib

post-img

Almaniyanın xarici işlər naziri Annalena Berbok gözlənilməz səfərlə Kiyevə gəlib. Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Bu, Almaniya xarici işlər nazirinin son il yarım ərzində Ukraynaya dördüncü səfəridir. Diplomat Polşadan gecə qatarı ilə Ukrayna paytaxtına çatıb. Onu stansiyada Almaniya səfiri Martin Yager qarşılayıb.

Kiyevə gəldikdən sonra nazir Almaniyanın Ukraynaya “iqtisadi, humanitar və hərbi baxımdan” daha çox dəstək vermək niyyətini açıqlayıb. Berbok, həmçinin Ukrayna hakimiyyətinə respublikada korrupsiyaya qarşı mübarizəyə yönəlmiş islahatların vacibliyini xatırladıb.

Avqustun ortalarında Almaniya maliyyə nazirliyinin rəhbəri Kristian Lindner Ukraynaya səfər edib.

Sentyabrın 9-da Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi da gözlənilməz səfərlə Ukraynaya gəlmişdi. Bu, müharibənin başlamasından sonra Yaponiya XİN rəhbərinin Ukraynaya ilk səfəri olmuşdu.

S.ELAY,

"Xalq qzəeti"

Dünya