Ermənistanda ABŞ-la birgə hərbi təlimlər başlayır

post-img

Ermənistanda ABŞ-la birgə hərbi təlimlər başlayır. Təlimlər sentyabrın 11-dən 20-dək baş tutacaq.

Xəbər verilir, təlimlər Ermənistan müdafiə nazirliyinin “Zar” sülhməramlı briqadasının təlim mərkəzində keçiriləcək.

Təlimlərin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin əməliyyat uyğunluğu səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi, həmçinin erməni bölməsinin planlı əməliyyatlara hazırlığının artırılması, NATO/SSZ-nin "əməliyyat potensialı Konsepsiyası" nın qiymətləndirilməsidir.

XQ

Son xəbərlər