Zelenski müttəfiqlərinin səmimiyyətinə şübhə edir

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərinin ölkəsini dəstəkləməsində səmimiliklərinə şübhə edir. O, Böyük Britaniyanın “The Economist” jurnalına müsahibəsində deyib ki, intuisiyası ona dəstəklə bağlı sözlərin arxasında başqa şeylərin olduğunu söyləyir.

XQ “İzvestiya.ru”ya istinadən bildirir ki, Zelenski şübhələri üçün əsaslar olduğunu qeyd edib: “Mənim intuisiyam var, onlar danışanda ki, “biz həmişə sizinləyik”, mən gözlərindən oxuyuram, görürəm və eşidirəm. Bu zaman görürəm ki, bu adam bizimlə deyil”.

Zelenski əmindir ki, əks-hücum yavaş getsə də, Qərb Ukraynaya dəstəyini davam etdirməlidir. Əgər Qərb iqtisadi dəstəyi dayandırsa, o, ölkəsi üşün ağır risklər olacağını etiraf edir. Bu, təkcə Ukraynanın iqtisadiyyatına deyil, həm də hərbi səylərinə zərbə olacaq. 

Paşa ƏMİRCANOV, 
XQ

Dünya