Blinken: Hamı istəyir ki, Rusiya-Ukrayna münaqişəsi bitsin

post-img

Rusiya sülh təklifi ilə çıxış edən kimi Ukrayna qarşı gələcək, ABŞ isə bu məsələdə Kiyevin ardınca gedəcək. Belə bir bəyanatla ABC News telekanalına müsahibəsində Entoni Blinken çıxış edib. Məlumatı “İzvestiya.ru” verib.

 XQ bildirir ki, Blinken metaforalarla danışaraq deyib: “Ukraynalılardan asılıdır ki, münaqişə nə vaxt nizamlanacaq, ölkənin sərhədləri hardan keçəcək. Ancaq tanqo oynamaq üçün iki nəfər lazımdır”. 

Diplomat qeyd edib ki, tərəflərdən birinin dönməz mövqeyi üzündən hələ sülh danışıqları ehtimalı azdır.

“Əgər Prezident Vladimir Putin danışıqlar haqda təklif irəli sürsə, ukraynalılar birinci səs verəcək, biz də birbaşa onların ardınca. Hamı istəyir ki, bu münaqişə bitsin”, - deyə Blinken əlavə edib.   

Paşa ƏMİRCANOV,
XQ

Dünya