Dövlət Miqrasiya Xidməti avqust ayında 7 mindən çox zəngi cavablandırıb

post-img

Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı mərkəzi tərəfindən bu ilin avqust ayında 7383 zəng cavablandırılıb. Onlardan 6304-ü Azərbaycan dilində, 966-sı rus dilində, 113-ü isə ingilis dilində cavablandırılıb.

Bu barədə DMX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbul edilən zənglərin 2509-u müvəqqəti yaşama icazəsi, 148-i müvəqqəti olma müddətinin uzadılması, 554-ü vətəndaşlıq məsələləri, 900-ü olduğu yer üzrə qeydiyyat, 415-i daimi yaşama icazəsi, 513-ü iş icazəsi, 384-ü inzibati xəta, 1960-ı isə digər məsələlərlə bağlı olub.

Sosial həyat