Kosmik gəmidə də bakteriya?

post-img

Kosmik gəmilərdə bakteriyalar ola bilərmi? Sual ilk baxışdan qəribə səslənir. Çünki kosmik gəmilər, sözün tam mənasında, yola düşməzdən əvvəl dezinfeksiya edilir və bakteriyalar məhv edilir. Lakin hər bir gəmi, əlbəttə ki, özü ilə az miqdarda olsa da mikroorqanizm daşıyır. 

Beynəlxalq Kosmik Stansiyadan götürülmüş genetik materialın tədqiqi onun səthində müxtəlif növ bakteriya­ların olduğunu aşkarlayıb. Ehtimal ki, onlar kosmik mühitin şərtlərinə adapta­siya ola bilir. Tədqiqat da bunu deməyə əsas verir.

Kosmosa göndərilən ilk canlı “Lay­ka” adlı it olub. İkincisi isə “Abel” (Fran­sa) adlı tovuz quşu idi. 1949-cu ildə “Abel” R-2 peyki ilə birlikdə kosmosa buraxılıb. Quş Yerə sağ-salamat qayı­dıb və tamamilə sağlam olub.

XQ

Dünya