NASA özünün ilk aparatını uçuşa hazırlayır: o, “VIPER” adlanacaq və əsas vəzifəsi Ayda su axtarmaq olacaq. Aparat Günəş şualarının heç vaxt düşmədiyi Ay kraterlərinə enəcək.
NASA-nın aparatı, təxminən, qolf arabası boydadır və çəkisi 450 kiloqramdır. Ehtimal olunur ki, onun batareyalarının doldurulması Ay kraterlərinin dibinin 50 saatlıq tədqiqi üçün kifayət edəcək. Yerdən gələn komanda onu real vaxt rejimində dron kimi idarə edəcək. Və onun düşəcəyi ərazi Yerdən görmə xəttini tərk edəndə, aparat “qış yuxusu”na gedəcək.
Aparat bir metr uzunluğunda qazma qurğusu ilə təchiz olunub və onun köməyi ilə, su buzunun qalınlığı (əgər varsa) müəyyən ediləcək.
Qeyd edək ki, Hindistanın “Chandrayaan 1” peyki hələ 2009-cu ildə Ayda su əlamətləri aşkar etmişdi və buna görə də alimlər Ay kraterlərində buz şəklində böyük su yataqlarının olacağına ümid edirlər. Əgər Ayda su aşkar edilərsə, bu, böyük hadisə olacaq, çünki su nəfəs almaq üçün oksigen, raket yanacağı üçün isə hidrogen mənbəyidir.
Sonda bildirək ki, “Rover” adlanan aparatın buraxılışı 2024-cü il noyabrın 10-na planlaşdırılır. Aya uçuş, təxminən, 5 ay və ya bir az daha uzun çəkə bilər.
XQ

